Şok: Mahaçqala hücumunda rayon başçısının iki oğlu və qardaşı oğlu… – VİDEO

Dağıstanda məhv edilən üçüncü yaraqlı Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun qardaşı oğludur.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “İnterfaks” yayıb.

Qeyd edək ki, Ömərov bu hadisələr səbəbindən vəzifəsindən istefa verib, daha sonra saxlanılaraq FTX tərəfindən dindirilir.

***

Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib: Osman və Adil Ömərov.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məhz bu qardaşlar zərərsizləşdiriliblər.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib. Nəticədə rəsmi məlumata görə, 6 polis ölüb, 12-si yaralanıb. Dərbənddə keşiş qətlə yetirilib, Mahaçqalada kilsə mühafizəçisi öldürülüb, o cümlədən sinaqoq yandırılıb.

İlkin məlumata görə, ən azı iki silahlı öldürülüb.