ŞOK İDDİA: Putin İrəvanda Arayiklə gizli görüş keçirib?

Noyabrın 23-də Ermənistanda KTMT sammitinə qatılan Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın Xankəndi şəhərində məskunlaşmış erməni separatçılarının rəhbəri Arayik Arutyunyanla görüşdüyü iddia edilib.

Globalinfo.az xəbər verir ki, bu sensasion iddia ilə “Joxovurd” qəzeti çıxış edib.

Qəzet görüşün guya sammitin keçirildiyi “Dvin” mehmanxanasında baş tutduğunu, bunun Rusiyada separatçı-terrorçu rejimin lideri kimi Ruben Vardanyanın yox, Arayik Arutyunyanın qəbul edildiyini göstərdiyini yazıb.

Lakin mətbuatın bu iddiaları öz təsdiqini tapmayıb. Arutyunyanın “mətbuat xidməti”nə müraciət edən qəzet bu məlumatın dərhal təkzib olunduğunu söyləyib:

“Arayik Arutyunyan bu günlərdə Qarabağda olub. İnformasiya həqiqəti əks etdirmir. Belə görüş olmayıb”.

Qeyd edək ki, Putinin səfərindən az öncə Arutyunyan Moskvada olub. Həmin vaxt mətbuat Arutyunyanın burada rusiyalı rəsmilər tərəfindən qəbul ediləcəyini açıqlasa da, sonradan bu iddia da təsdiqini tapmamışdı.

İlkin
Globalinfo.az