aram vardevanyan 3 1 x363 quality90

“Güclü Ermənistan” blokundan olan deputat Aram Vardevanyan Ermənistan parlamentinin sədrinin müavini seçilib. 

Globalinfo.az xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 53 deputat onun lehinə səs verib.

Həmçinin hakim “Mülki Müqavilə” fraksiyası da onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, bir müddət öncə parlamentin sədri hakim fraksiyanın deputatı Ruben Rubinyan təyin olundu. “Güclü Ermənistan” bloku isə erməni əsilli rusiyalı iş adamı, son seçkilərdə baş nazirliyə namizəd Samvel Karapetyanın partiyasının Milli Məclisdəki təmsilçiliyidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: