Sofi Laqutt Azərbaycan dilini öyrənir – FOTO

Sofi Laqutt Azərbaycan dilini öyrənir - FOTO

Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Sofi Laqutt Azərbaycan dilini öyrənməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə səfir “X” hesabında paylaşım edib.

Tədris prosesindən foto paylaşan səfir Azərbaycan dilini öyrənməkdə ilk addımda olduğunu diqqətə çatdırıb.

Azərbaycan dilini öyrənirəm, 1-ci addım!” – deyə o yazıb.

Xatırladaq ki, S.Laqutt bu ilin avqustunda Azərbaycana səfir təyin edilib. O, bu postda Ann Buayonu əvəz edib.