“Bir şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir və bu, işgəncələrə bəraət qazandıra bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyalı jurnalist Kseniya Sobçak özünün Teleqram kanalında Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqda iki azərbaycanlını qətlə yetirməsini şərh edərkən deyib.
“Onların hansı millətə və vətəndaşlığa sahib olmasının və ya hansı əməli törətməsinin fərqi yoxdur. Hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri beynəlxalq qalmaqala səbəb olub. Və sonra təəccüblənirik ki, niyə bizi orada sevmirlər?”, – jurnalist vurğulayıb.
Əliyar Xəlil














