Sloveniya-Danimarka matçının ən yaxşısı o oldu

Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutan Sloveniya – Danimarka matçının ən yaxşısı Kristian Eriksen olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, görüşün ilk qolunun müəllifi ən yaxşı oyunçu adına layiq görülüb.

Qeyd edək ki, C qrupunda keçirilən Sloveniya – Danimarka matçı 1:1 hesabı ilə yekunlaşıb. Əvvəlcə matçın 17-ci dəqiqəsində K.Eriksen Danimarka millisini hesabda önə çıxarıb. Matçın 77-ci dəqiqəsində isə Erik Yanja bərabərlik qolunu vuraraq Sloveniya komandasını məğlubiyyətdən xilas edib