Daha bir ölkə Ukraynanın NATO-ya üzvlüyünə “yox” deyir

Daha bir ölkə Ukraynanın NATO-ya üzvlüyünə "yox" deyir

Slovakiya Ukraynaya hərbçi göndərməyəcək və onun NATO-ya üzv olmasına razılıq verməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitsonun “Facebook” hesabında məlumat paylaşılıb.

“Avropa İttifaqı xarici hərbi qüvvələrin başqa bir ölkəyə göndərilməsi barədə qərar qəbul etmək səlahiyyətinə sahib deyil. Bu, yalnız BMT-nin müvafiq orqanları tərəfindən qəbul edilən qərarlar əsasında, yaxud da Ukrayna və digər bir ölkə arasında ikitərəfli razılaşmaya əsasən mümkündür. Robert Fitso dəfələrlə Ukrayna münaqişəsi barədə mövqeyini bildirib. Birincisi, o, heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacaq. İkincisi, Slovakiya Ukraynaya heç bir hərbi qüvvə göndərməyəcək”, – deyə məlumatda qeyd olunur.

Aysel Əliyeva
Globalinfo.az