Slovakiya Ukraynaya həm maliyyə, həm də hərbi yardımları dayandırır.
Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Güc tətbiqi ilə əldə edilən sülh” strategiyası illüziyadır. Ukrayna heç vaxt hərbi güc mövqeyindən danışıqlar aparacaq qədər güclü olmayacaq. Biz bundan sonra bu münaqişəni daha da alovlandırmaq istəmirik”, – Fitso bildirib.
O, həmçinin təklif edib ki, Aİ-nin martın 6-da keçiriləcək növbəti sammiti yekun sülh razılaşmasının əldə edilib-edilməməsindən asılı olmayaraq, dərhal atəşkəs zərurətinin gündəliyinə daxil edilsin.
Aysel Əliyeva
Globalinfo.az














