Ermənistan MN-dən generalla bağlı qalmaqallı xəbərə REAKSİYA

Ermənistan MN-dən generalla bağlı qalmaqallı xəbərə REAKSİYA

Ermənistan Respublikası müdafiə nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-leytenant Edvard Asryanın Rusiya vətəndaşı olduğuna dair məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, generalın Ermənistan vətəndaşı kimi qeydiyyata alınmadığına dair informasiya narazılıqla qarşılanıb.

Ermənistan Müdafiə Nazirliyi məlumatları təkzib edib. Nazirlik E.Asryanın həyat yoldaşının Rusiya əsilli olduğunu, onun və iki övladının ikili vətəndaşlığa sahib olduqlarını qeyd edib.

Məlumata görə, general 2006-cı ildə ailəsi ilə birlikdə Ermənistana köçüb. Oğlu isə 2024-cü il üzrə hərbi çağırışa əsasən orduya cəlb edilib.

Ayşən Mustafa
Globalinfo.az