Siyəzəndə torpaq sürüşməsi oldu – VİDEO

Siyəzəndə torpaq sürüşməsi oldu - VİDEO

Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.

Siyəzəndə torpaq sürüşməsi olub, 2 ev qəzalı vəziyyətə düşüb - VİDEO Siyəzəndə torpaq sürüşməsi olub, 2 ev qəzalı vəziyyətə düşüb - VİDEO