Siyəzəndə gənc müəllimə vəfat etdi: ölüm səbəbi bilindi – FOTO

Siyəzəndə gənc müəllimə vəfat etdi: ölüm səbəbi bilindi - FOTO

Sumqayıtda gənc qadın xəstəxanada vəfat edib.

Globalinfo.az  APA-ya istinadla xəbər verir ki, hadisə şəhərdəki 1 saylı xəstəxanada baş verib.

1994-cü il təvəllüdlü Humay Nəsirli müalicə olunduğu tibb müəssisəsində həyatını itirib.

İlkin məlumata əsasən, onun ölümünə “qurd eşənəyi” və revmatizm kimi xəstəliklər səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

***13:35

Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin rus dili müəlliməsi Humay Nəsirli vəfat edib.

Globalinfo.az xəbər verir ki, Humay Nəsirli bu gün səhər saatlarında vəfat edib. Onun nədən həyatını itirməsi ilə bağlı məlumat yoxdur.

Qeyd olunub ki, H.Nəsirli ailəli olub və bir azyaşlı qız övladı qalıb.

Siyəzəndə gənc müəllimə vəfat etdi: ölüm səbəbi bilindi - FOTO