Siyavuş Novruzov: “Nensi Pelosi separatizmə dəstək verir”

Siyavuş Novruzov: “Nensi Pelosi separatizmə dəstək verir”

“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi yenidən aqressivliyi qızışdırır, separatizmə dəstək verir”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bəlkə də Nensi Pelosi atasının yasında o qədər ağlamayıb: “Ora gedir, ağlayır, bura gedir, ağlayır. Onun indi yaşıdlarının dəfn mərasimində ağlayan yaşıdır. Bu qadın Amerikanın prinsipial mövqeyinə zidd çıxış edir, bölgədə gərginliyin artırılmasına səbəb olan çıxışlar edir”.