Şirvanda zavodda partlayış: ölən var – YENİLƏNİB

Şirvanda zavodda partlayış: ölən var - YENİLƏNİB

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazıra iş üzrə ibtidai istintaq aparılır.

***12:39

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

X X X

Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.

Nazirlikdən Globalinfo.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hazırda araşdırma aparılır.