Siqaretlərin qiymətinin artırılması ilə bağlı xəbərlər yayılıb.
İstehsalçı Şirkətdən Moderator.az -a bildiriblər ki, siqaretlərin qiymətində artım yoxdur. OBA marketlər Şəbəkəsinin mağazaları öz başına qiymət artımı edib:
“Siqaretlərin bahalaşması ilə bağlı xəbərlər yalandır. İstehsalçı şirkət olaraq heç bir qiymət artımı etməmişik. OBA marketlər Şəbəkəsinin mağazaları öz başına qiymət artımı edib “.
***
Azərbaycanda siqaret yenidən bahalaşıb.
Globalinfo.az “Operativ Media”ya istinadən xəbər verir ki, bütün növ siqaretlər üzrə qiymətlər 10 qəpik artıb.
Artıq marketlərdə siqaretlər yeni qiymətlə təklif olunur.
Qeyd edək ki, Kent, Sobrania, Winston və s. kimi bəzi siqaret markaları bir müddət əvvəl də 20 qəpik bahalaşmışdı.














