Sinvar gəldi: İsrail üçün yaxşı olmayacaq! – General Musəvi

Sinvar gəldi: İsrail üçün yaxşı olmayacaq! - General Musəvi

“Yəhya Sinvarın HƏMAS-ın yeni lideri olması o deməkdir ki, fələstinlilər İsraili gələcək ümidindən məhrum etmək yolunu seçiblər”.

Globalinfo.az xəbər verir ki, bunu İran ordusunun komandanı general-leytenant Əbdülrəhim Musəvi deyib.

“İsrail beynəlxalq qanunları pozur. Bütün cinayətlər, o cümlədən, İsmayıl Haniyənin qətli cavabsız qalmayacaq. Onlar çox sərt cavab alacaqlar”, – Musəvi bildirib.

Qeyd edək ki, Yəhya Sinvar dünən HƏMAS Siyasi Bürosunun rəhbəri seçilib. O, qruplaşmanın hərbi qanadı olan “İzzədin Əl Qəssam Briqadası”nın rəhbəri olub. Ümumilikdə Sinvar bundan öncə HƏMAS-ın hərbi və təhlükəsizlik qanadına rəhbərlik edib.

Əliyar Xəlil
Globalinfo.az