Simonyanın əri kliniki ölüm keçirdi

Simonyanın əri kliniki ölüm keçirdi

 “Rossiya Seqodnya” media qrupunun və “RT” telekanalının rəhbəri Marqarita Simonyanın həyat yoldaşı Tiqran Keosayan kliniki ölüm keçirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Simonyan özünün Teleqram kanalında məlumat yayıb.

O, Keosyanın komada olduğunu bildirib:

“Uzun müddətdir, ürəyi narahat idi, xəstəliyi vardı. Son dəqiqəyə qədər açıqlamaq istəmədim, lakin müxbirlər zəng etməyə başladığı üçün məlumat verməyi qərara aldım. Tiqranın anası da bizimlə yaşayır. İki il əvvəl də böyük oğlunu itirmişdi. Tanrı kiçik oğluna rəhm etsin. Xəstəxanada gözləyən ananın vəziyyətini təsvir etmək çətindir. Tiqranı sevənlərdən onun üçün dua etməyi xahiş edirəm”.

Əliyar Xəlil
Globalinfo.az