“Rusiyaya səfərim zamanı mənə deyirdilər ki, TRIPP-ə qoşulmalıdırlar, 100 ildir regiondadırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Simonyan Rusiyanın sadəcə TRIPP marşrutunun infrastrukturunun qurulmasında və inşasında iştirak edə biləcəyini söyləyib:
“Rusiyanı burada ümumiyyətlə təsəvvür edə bilmirəm. Bu, erməni-amerikan təşkilatıdır, TRIPP ilə bağlı oxşar mexanizm uzun müddətdir ki, masamızdadır”.
Əliyar Xəlil
Globalinfo.az