ABŞ hərəkətə keçdi: Zelenski bu planla devriləcək – Tarix

zelenski 12

ABŞ Dövlət Departamenti 2025-ci ildə Ukraynada prezident və parlament seçkiləri təşkil etməklə Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici Kəşfiyyat Xidməti yayıb.

Vaşinqtonun artıq Kiyevdə seçki kampaniyası ilə bağlı ilkin məsələlərin həllinə başladığı iddia edib:

“İlk mərhələdə ABŞ-ın fond və beyin mərkəzləri onların nəzarətindəki Ukrayna vətəndaş cəmiyyətini müvafiq təşəbbüslə çıxış etməsi üçün stimullaşdıracaqlar. Dövlət Departamentində hesab edirlər ki, bu fəaliyyət geniş ictimai dəstək qazanacaq”.

Rusiya kəşfiyyatı həmçinin Qərbin maliyyələşdirdiyi ukraynalı aktivistlərin artıq yeni partiyanın yaradılmasını müzakirə etdiklərini bildirib:

“Plana görə bu siyasi qüvvə Ali Radaya daxil olmalı və burada istənilən Ukrayna liderinin qarşısını almaq üçün qüvvə kimi istifadə edilməlidir”.

Əliyar Xəlil
Globalinfo.az