Simonyandan Qaluzinə: “Erməni soyadlı manqurtlarınız…”

Simonyandan Qaluzinə: "Erməni soyadlı manqurtlarınız..."

“Birincisi hədə-qorxudan əl çəksinlər, ikincisi, KTMT-dən danışmağı dayandırsınlar”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, Qaluzinin səsləndirdiyi fikirlərə reaksiya verib.

“Ermənistan heç bir ölkə ilə danışıqlar aparmır, hər hansısa hərbi baza yerləşdirmək və ya hərbi ittifaqa qoşulmaq məsələsini müzakirə etmir. Mən milli məlumat bazaları ilə bağlı informasiyaların ötürülməsini absurd hesab edirəm. Bu cür ritorika ilə danışmağı dayandırın. Erməni soyadlı manqurtlarınız vasitəsilə bizi birbaşa və dolayısı ilə hədələməkdən əl çəkin. Bu, bizim ölkəyə, cəmiyyətə təsir etmir. Hamısı əks effekt verir. Düşünmürəm ki, mən Qaluzinə cavab verməliyəm. Əgər Ermənistan Xarici İşlər Nazirliyi lazım bilsə, reaksiya verəcək”, – deyə Simonyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az