1761476862 1726653830 peskov 1758547922 900x506 1

ABŞ Ukrayna münaqişəsinə cəlb olunma xəttini qismən davam etdirir və bu proses Co Bayden dövründə başlayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ağ Evin mövqeyi bir tərəfdən ardıcıl, digər tərəfdən isə ziddiyyətlidir.

Peskov qeyd edib ki, ardıcıllıq ABŞ-ın yalnız bir tərəfə – Ukraynaya silah tədarük etməsində özünü göstərir və bu siyasət hələ də davam edir:

“Əslində, Bayden ABŞ-ı dolayı yolla bu münaqişəyə cəlb etmişdi. Bu tendensiya müəyyən qədər indi də davam edir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: