Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, eləcə də parlamentlərarası əməkdaşlıq məsələsini müzakirə ediblər.
Xatırladaq ki, Simonyan və Matvienko sonuncu dəfə 2023-cü il avqustun 16-da bir-birinə zəng edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az














