Simonyan etiraf etdi: “Cangüdən tutmuşam, növbəti hədəf bizik”

RT-nin baş redaktoru, Kreml təbliğatçısı Marqarita Simonyan özünə cangüdənlər götürüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə o, 360 telekanalına müsahibəsində deyib.

“Görürsünüzmü, uşaqlar orada dayanıb? Onlar məni qoruyur. Mən əvvəllər heç vaxt bu cür yaşamamışam. Niyə mühafizəçi götürdüm? Çünki Ukrayna kəşfiyyatının rəhbəri açıq şəkildə bildirdi ki, mən və Solovyov növbəti hədəfik”, – o bildirib.

Beynəlxalq axtarışa verilməsi haqda danışam Simonyan bunu xoşagəlməz hal adlandırıb:

“Qışda isti ölkələrə getmək istəyərdim, Latın Amerikasında demək olar ki, olmamışam. İndi bilmirəm, getsəm, təhvil verəcəklər, ya yox, həbs edəcəklər, ya etməyəcəklər…”