Müqəddəs Anna kilsəsinin həyətində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxslər xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, insident Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən ibadət zamanı baş verib.