Şimali Koreya nüvə silahından istifadə etsə… – Yol

Şimali Koreya nüvə silahından istifadə etsə... - Yol

“Şimali Koreyanın nüvə silahından istifadəsi rejimin sonunu gətirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Cənubi Koreyanın Prezidenti Yun Sok Yol deyib.

“Şimali Koreya nüvə silahından istifadə etsə, bizim və müttəfiqimiz ABŞ-ın qəti cavabı ilə üz-üzə qalacaq. Bu, Şimali Koreya rejiminin sonu olacaq. Pxenyan nüvə silahının onu qoruması illüziyasından xilas olmalıdır”, – o bildirib.

O həmçinin Cənubi Koreya, ABŞ və Yaponiya arasında hərbi əməkdaşlığı gücləndirəcəyini bildirib.

Qeyd edək ki, Şimali Koreya son zamanlar Qərbin kəskin tənqidinə səbəb olur. Buna səbəb isə Pxenyanın Rusiyaya verdiyi hərbi dəstəkdir. Pxenyan isə bu faktı inkar edir və deyir ki, Qərbin dominantlığı artıq dünyada bitmək üzrədir.