“Qarabağdan Ermənistana köçən sakinlərdə kifayət qədər çox silah var”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan deyib.
Nazir bildirib ki, bu silahlardan bəziləri qanuni, bəziləri isə qeyri-qanunidir:
“Məlumat almaq üçün Qarabağdan gələn “polislərlə” əməkdaşlıq edirik. Bəzi vətəndaşlara bu silahlar hədiyyə, mükafat olaraq verilir. Ermənistanda sakinlərin mükafat silahları ilə bağlı informasiyamız var, lakin Qarabağdan gələnlərlə bağlı yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az














