Silah zavodunda həlak olan mayor imiş… – FOTO

Silah zavodunda həlak olan mayor imiş... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib və nəticədə müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, bədbaxt hadisə nəticəsində ölən Adil İsmayılov ehtiyatda olan mayor olub.

1969-cu il təvəllüdlü A.İsmayılov Yardımlının Arus kəndindəndir.

Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş A.İsmayılov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında da xidmət edib.

2010-cu ildə mayor rütbəsində ehtiyata buraxıldıqdan sonra Müdafiyə Sənayesi Nazirliyinin müəsisələrinin birində mühəndis–sınaqçı, daha sonra Sınaq sahəsinin rəisi vəzifəsində çalışıb.

Ailəlidir, 3 övladı və 4 nəvəsi var.