“Siemens”in rəhbər şəxsi ailəsi ilə faciəvi şəkildə öldü – Anbaan video

"Siemens"in rəhbər şəxsi ailəsi ilə faciəvi şəkildə öldü - Anbaan video

Nyu-Yorkda helikopterin çaya düşməsi nəticəsində Almaniyanın “Siemens” şirkətinin İspaniya üzrə filialının rəhbəri Aqustin Eskobar, həyat yoldaşı və üç övladı həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu-York Post” məlumat yayıb.

Nyu-York meri Erik Adams qəzada altı nəfərin həyatını itirdiyini açıqlayıb.

Qeyd edək ki, bir qədər əvvəl sözügedən helikopter Nyu-Yorkda Hadson çayına düşüb.