Türkiyəli müğənni Sezen Aksunun evinə basqın edərək onu ölümlə hədələyən Azərbaycan əsilli qadın Lalə Arif deportasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onun haqqında “insanların asayişini pozmaq, təhdid etmək, təhqir etmək” maddəsi ilə başladılan iş icraata götürülüb.
Lalə Arif polis tərəfindən saxlanıldıqdan sonra ölkədən çıxarılıb.
Qeyd edək ki, türkiyəli müğənni Sezen Aksu bu əməllərinə görə azərbaycanlı pərəstişkarını məhkəməyə verib.
Zaira Akifqızı
Globalinfo.az














