Seysmoloqdan zəlzələ ilə bağlı daha bir dəhşətli PROQNOZ

Seysmoloqdan zəlzələ ilə bağlı daha bir dəhşətli PROQNOZ

“İstanbulda gözlənilən zəlzələ gerçəkləşərsə, 35 milyon ton dağıntı olacaq. 30 tonluq yük maşını ilə 24 saat dayanmadan daşısaq, bəlkə, 3-5 ilə nəticələrini aradan qaldırmaq mümkün olacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri türkiyəli tanınmış seysmoloq Naci Görür deyib.

O, İstanbul zəlzələsinin Mərmərə bölgəsində iqtisadiyyatı iflic edəcəyini bildirib:

“Belə olacağı təqdirdə iqtisadiyyatı qısa zaman ərzində dirçəltməyimiz mümkün olmayacaq. Nəticədə Türkiyə iqtisadi müstəqilliyini itirəcək”.

Qeyd edək ki, İstanbulla yanaşı İzmir bölgəsində də zəlzələ ehtimalının olduğunu deyilir.

Ayşən Mustafa
Globalinfo.az