Səyahətçilər Qarabağ və Şərqi Zəngəzurda – FOTOLAR

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfərinə ilk olaraq Ağdamdan start verilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ağdama səfər zamanı qonaqlara minalı sahələr barədə məlumat verilib.

 

Nümayəndə heyətinə Most Traveled People təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib ABŞ vətəndaşı Charles Veley başçılıq edir.

Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyəti Qarabağdan sonra Şərqi Zəngəzura səfəri planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzura təşkil olunan səfər 4 gün davam edəcək. Qonaqlar avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcəklər.

14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb14 ölkədən gələn səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb