Hikmet Haciyev 131

Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda tədbir keçirilir.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan tədbirdə vətəndaş cəmiyyətinin inklüziv şəhər planlaşdırılması və davamlı şəhər inkişafında rolu mövzuları müzakirəyə çıxarılıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 2022-ci ildə Un-Habitat ilə daha dərin və hərtərəfli əməkdaşlıq başlayıb:

“Həmin il UN-Habitat-ın icraçı direktoru xanım Maymuna Mohd Şarif Azərbaycana səfər etdi və o vaxtdan etibarən Azərbaycanın UN-Habitat ilə yeni əməkdaşlıq hekayəsi başladı.

Mən Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyinə də təşəkkür edirəm. Şəxsən və komanda olaraq deyə bilərəm ki, bununla qürur duyuram. Hökumət olaraq biz beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı dəstəkləyirik”.

Hikmet Haciyev 14212

WhatsApp Image 2026 05 19 at 15.37.38 2 WhatsApp Image 2026 05 19 at 15.37.38 1

Ləman İmran
Globalinfo.az

Paylaş: