Sevinc Həsənovaya şiddətli töhmət verildi

Sevinc Həsənovaya şiddətli töhmət verildi

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir Şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənovaya qarşı intizam tənbehi tətbiq edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, regional idarənin qərarına əsasən, Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq “şiddətli töhmət” verilib.

Qurumdan bildirilib ki, aparılmış araşdırmalar zamanı onun fəaliyyətində idarəetmə və nizam-intizam qaydalarının pozulması halları aşkarlanıb.