Sevil Nuriyevadan həyat yoldaşının qatilinin azadlığa buraxılmasına REAKSİYA

Sevil Nuriyevadan həyat yoldaşının qatilinin azadlığa buraxılmasına REAKSİYA

Tanınmış jurnalist Sevil Nuriyeva həyat yoldaşı, iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovun Türkiyədə azadlığa buraxılmasına münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Sevil Nuriyeva Teleqraf-a açıqlamasında bildirib ki, mərhum həyat yoldaşının qatilinin azadlığa buraxılmasından xəbərdardır.

O qeyd edib ki, məsələ ilə bağlı hüquq müstəvisində addımlar atılıb: “Vəkilimiz lazım olan addımları atır. Hazırda bu məsələ ilə məşğuldur”.

Qeyd edək ki, bu haqda ilk xəbəri Gününsəsi.info yayıb. 2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov onkoloji xəstəlikdən əziyyət çəkməsi səbəbilə Türkiyə həbsxanasından azadlığa çıxıb. Amma o, azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.

O da məlum olub ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. O, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycana gəlib-gedir.

Xatırladaq ki, Etimad İsmayılov uzun illər hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş İlyas İsmayılovun oğludur.

Gözəl Dəmirov gəlincə, o, polis polkovnikidir və DİN-də yüksək vəzifələrdə çalışıb.