Sevda qız anası olacaq – VİDEO

Sevda qız anası olacaq - VİDEO

Müğənni Sevda Yahyayeva övladının cinsiyyətini açıqlayıb.

Globalinfo.az bildirir ki, Axşam.az-ın xəbərinə görə, sənətçi bunla bağlı hazırlanan videonu instaqram hesabında paylaşıb.

O bildirib ki, qız anası olacaq. “Sağ-salamat gəl dünyaya. Sağlam və xeyirli övlad ol, inşallah. Səni səbirsizliklə gözləyirik” deyə, ifaçı paylaşıma yazıb.

Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir.