Sevastopolda matəm elan edildi

Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumundan sonra şəhər rəhbərliyi iyunun 24-ü matəm günü elan edib.

Globalinfo.az xəbər verir ki, bunu Sevastopolun qubernatoru Mixail Razvojayev deyib.

“Sevastopolda bütün kütləvi tədbirlər ləğv ediləcək. Televiziya və radioda əyləncəli proqramlar yayımlanmayacaq. Dövlət və bələdiyyə qurumlarının binalarında dövlət bayraqları yarıya qədər endiriləcək”, – Razvojayev bildirib.