Səudiyyə tarixində İLK: Spirtli içki ancaq bu şəxslərə satılacaq

Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə spirtli içkilərin satışına icazə verilib.

Globalinfo.az xəbər verir ki, Paytaxt Ər-Riyadda açılacaq mağaza yalnız qeyri-müsəlman ölkələrin diplomatlarına xidmət göstərəcək.

Müştərilər alış-veriş etməzdən əvvəl mobil telefon vasitəsilə qeydiyyatdan keçəcək, onlar üçün aylıq kvota müəyyən ediləcək. Həmçinin Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən icazə tələb olunacaq.

Yaxın həftələrdə səfirliklərin yerləşdiyi ərazidə spirtli içkilərin satıldığı mağazanın açılması planlaşdırılır. Müsəlmanlara mağazalarda alış-veriş etmək qəti qadağan ediləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında spirtli içki içmək qanunla qadağandır. Qadağaları pozanlar şallaq və ya həbs cəzası ilə cəzalandırılır. Hökumət ölkədəki islahatlar çərçivəsində son vaxtlar şallaq zərbələrini də həbs cəzası ilə əvəzləyib.

Əliyar Xəlil,

Globalinfo.az