abs 2

ABŞ prezidentliyinə keçmiş namizədin gəlini küçədə ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

“Los-Anceles polisi keçmiş Yuta senatoru və ABŞ prezidentliyinə namizəd Mitt Romninin 64 yaşlı gəlininin meyitini küçədə aşkarlayıb. Məlumata görə, qadın pəncərədən yıxılmış ola bilər. İstintaq davam etdirilir, hadisənin başvermə səbəbləri və şəraiti aydınlaşdırılır”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: