Səudiyyə İsrailə şərt qoydu: “Yeganə yol budur”

Fələstin probleminin uzunmüddətli həlli tapılmayana qədər Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdıra bilməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud CNN telekanalına müsahibəsində bildirib.

“Bizim üçün faydalı olan yeganə yol budur. Sabitliyə ehtiyacımız var, ümid edirəm ki, bu, Fələstin probleminin həlli ilə əldə olunacaq”, – XİN başçısı deyib.