5bff3915 995c 30b6 a548 c514f6eebba7 850

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Töfiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib.

Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.

b2793e4c 02e2 34ed 82c4 7991ac29b4f3 850

Paylaş: