Ərəb baş prokuror səfirliyimizə xain terror aktını şiddətlə qınadı

Ərəb baş prokuror səfirliyimizə xain terror aktını şiddətlə qınadı

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycanın Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınayıb.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, o, Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə görüşdə yanvarın 27-də ölkəmizin Tehrandakı səfirliyinə xain terror aktını şiddətlə qınadığını bildirərək, şəhid olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.