Səttar Bəhlulzadənin oğurlanan əsərləri internetdə şok qiymətə satışa çıxarıldı – FOTOLAR

Azərbaycanın görkəmli rəssamı, 20-ci əsrə üstün yaradıcılığı ilə özmöhürünü vurmuş Səttar Bəhlulzadə ilə bağlı olduqca maraqlı, ilginc xəbər yayılıb.

Globalinfo.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat yayılıb. Haldun Novruzzadə adlı Facebook istifadəçisi mövzu ilə bağlı öz profilində post paylaşıb.

“Türkiyəli bir kolleksioner rəssam Səttar Bəhlulzadənin 650 əsərini 18,5 milyon dollara Ebay’da satdığa qoyub. Düşünürəm ki, 90’nlarda kimsə ölkədən bu əsərləri qaçaqmalçılıqla çıxardıb, dəyər-dəyməzə satıb.

Dövlət olaraq belə dəyəli sənət əsərlərini alıb, ölkəmizə qaytarmaq lazımdı” – deyə H.Novruzzadə bildirib. O, statusunda Mədəniyyət Nazirliyini, Rəssamlar İttifaqını, Prezident Administrasiyasını işarələyib.

Xatırladaq ki, eBay — İnternet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulub.

Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir.

Gülnar Səlimova
Globalinfo.az