Sərxoş sürücü ustaları vurdu: ölən var

Saatlıda sərxoş sürücü ustaları vurub.

Globalinfo.az xəbər verir ki, hadisə yanvarın 22-də Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilmiş “VAZ-2107” markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustalar, Saatlı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müavafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.