Sərnişin gəmisində 12 nəfər diri-diri yandı

Filippində sərnişin gəmisində baş verən yanğında azı 12 nəfər ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, ölənlərdən azı üçü uşaqdır.

Mediaqrupun məlumatına görə, yanğın Baluk-Baluk adasının sahilində başlayarkən “Lady Mary Joy 3” gəmisində təxminən 200 sərnişin olub. 57 sərnişin xilas edilib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Sahil mühafizəsi itkin düşənlərin axtarışını davam edir.

Faktla bağlı araşdırma aparılır.