pasinyan 2

“Bütün ermənilərin katolikosu II Qaregin istefa verməyə məcbur olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin növbəti planı məhz katolikosla bağlıdır.

“Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan da istefa vermək istəmirdi, amma o, bunu etməyə məcbur idi. II Qareginin istefası prosesi də heç bir təlatüm olmadan, xristian təvazökarlığı ilə həyata keçiriləcək”, – deyə Paşinyan çıxışı zamanı bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: