Fransanın Baş naziri Sebastyan Lekornu X-də ölkə hökumətinin vətəndaşları hantavirusdan qorumaq üçün lazımi tədbirlər görməyi planlaşdırdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu axşam yoluxmuş şəxslərlə təmasda olan şəxslər üçün müvafiq təcrid tədbirlərinin, eləcə də ümumi əhalinin qorunması tədbirlərinin tətbiqinə icazə verən fərman imzalayacağam”, – deyə baş nazir bildirib.
Lekornunun qeyd edib ki, Səhiyyə Nazirliyi tətbiq olunan məhdudiyyətlərin mahiyyətini daha sonra aydınlaşdıracaq.
Xatırladaq ki, ölümcül hantavirusun yayılması səbəbindən Hollandiyanın MV Hondius kruiz gəmisindən beş Fransa vətəndaşı təxliyə edilib.
Tahir Turan
Globalinfo.az