Terrorla mübarizə şəraitində Əfqanıstanın dövlət sərhədinin təhlükəsizliyi təmin edilir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Taliban” hökumətində Müdafiə Nazirliyinin maddi-texniki təchizat şöbəsinin rəhbəri general Səid Əbdül Bəsir Sabiri deyib.
“Əhalinin təhlükəsizliyi təmin edilir. Sərhədi qorumaq üçün amerikalılardan aldığımız silah və texnikadan istifadə edirik. Bununla hər şey qaydasındadır, biz sərhədləri tam qoruya bilərik, bunun üçün bütün silahlarımız var”, – “Taliban” rəsmisi bildirib.














