Sərhədimizə yeni qüvvələr gətirilir – Hərbi toqquşmaya hazırlıq?

f348e856 bdb0 4c88 b3c2 685a5daed2a9

Avropa İttifaqının Ermənistandakı nümayəndəsi Vasilis Maraqos deyib ki, təşkilat bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərəcək. Belə ki, Aİ Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb.

Bu hadisələr fonunda Avropa İttifaqı Azərbaycana meydan oxuyur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Avropa İttifaqı Ermənistana bir neçə dəfə missiya göndərib:

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

“Bu da onlardan biridir. Diqqətçəkən məqam rəsmi İrəvanın digər ölkələr tərəfindən silahlandırılmasıdır. Qərb və Aİ Cənubi Qafqazda sülh və sabitlik istəmir. Sülhün imzalanmasının an məsələsi olduğunu başa düşürlər. Ermənistanın müqavimət qabiliyyətinin azalması səbəbindən müxtəlif üsullardan istifadə edirlər.

Azərbaycan Aİ-nin suları bulandırmaq cəhdinin qarşısını alıb. Onlar hərbi eskalasiyaya cəhd edirlər, amma unutmaq olmaz ki, müharibə nə qədər yaxındırsa, sülh də bir o qədər uzaqdır”.

Safura Bənnayeva
Globalinfo.az