TƏCİLİ! Vasif Talıbovun oğlunun adı bu siyahıdan çıxarıldı – FOTOFAKT

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məsələni dəqiqləşdirmək üçün Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb.

Qeyd edək ki, S.Talıbovun adının universitetin saytından çıxarılmasından sonra onun vəzifəsindən azad edilməsi haqda məlumatlar yayılıb.

Zaira Akifqızı
Globalinfo.az