Sərhəddə proses başladı: Tavuşda aktivlik var, kəndlər…

Sərhəddə proses başladı: Tavuşda aktivlik var, kəndlər...

Yanvarın 22-dən etibarən Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin növbəti mərhələsinin icrasına start verilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Ötən gün iki ölkənin nümayəndlərinin Tavuşda bir neçə saat ölçmə işləri apardıqları bildirilir. Nəşr yazır ki, demarkasiya komissiyaların yanvarın 16-da görüş keçirməsindən sonra Tavuş qubernatoru Ayk Qalumyanın 27 yanvar – 10 fevral tarixləri arasında istirahətə göndərilməsinə qərar verilib. Bu məsələ proses fonunda xüsusi diqqət çəkir.

“Hraparak” prosesin başlanılması ilə bağlı məlumatı təsdiqləmək üçün qubernatorun köməkçisi ilə əlaqə saxlasa da, o, heç nədən xəbərinin olmadığını deyib.

Qeyd edək ki, yanvarın 16-da keçirilən görüş zamanı iki ölkə arasında Gürcüstandan İrana kimi sərhədin müəyyənləşdirilməsi razılaşdırılıb. Ermənistan KİV və bir sıra siyasətçilər bu mərhələdə Qazaxın işğalda olan Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvanın Kərki anklav kəndlərinin Azərbaycana təhvil veriləcəyini iddia edirlər.

Ayşən Mustafa
Globalinfo.az