Mərakeş polisi İspaniyanın Şimali Afrikadakı eksklavı Seutaya keçməyə cəhd edən 111 nəfəri saxlayıb.
Globalinfo.az xəbər verir ki, onlardan 109-u Saharadan cənubda yerləşən Afrika ölkələrindən olan miqrantlar, ikisi isə Mərakeş vətəndaşıdır.
İspaniya hakimiyyəti sosial şəbəkələrdə sərhəddən növbəti kütləvi keçidə çağırışların yayılmasından sonra Seutada təhlükəsizlik tədbirlərini gücləndirib.
Xatırladaq ki, 30 iyulda 72 mindən çox miqrant Mərakeşdən Seutaya keçməyə cəhd edib. Hadisə zamanı ən azı 96 nəfər həlak olub.
Yeni kütləvi keçid çağırışlarından sonra həm Mərakeş, həm də İspaniya sərhəddə əlavə təhlükəsizlik qüvvələri yerləşdirib.
Əliyar Xəlil
Globalinfo.az